Türkiyənin Adana şəhərində Sabancı Mərkəz məscidində “canlı bomba” şoku yaşanıb. Türkiyənin Adana şəhərində Sabancı Mərkəz məscidində “canlı bomba” şoku yaşanıb.

Məsciddə “canlı bomba” şoku - Video

Türkiyənin Adana şəhərində Sabancı Mərkəz məscidində “canlı bomba” şoku yaşanıb.


AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, üzərində partlayıcı olan 33 yaşlı Mahmut adlı şəxs azan oxumağa hazırlaşan imamın əlindən mikrofonu alaraq ərəbcə danışmağa başlayıb. Üzərindəki qurğunu görən şəxslər canlı bomba olduğu güman edilən şəxsi zərərsizləşdiriblər.

Həmin şəxsi insanların əlindən cümə namazına gələn polislər qurtara biliblər. Polis bölməsinə aparılan Mahmutun üzərində əldə düzəldilmiş partlayıcı qurğu aşkarlanıb. Zəif gücə malik qurğunun yalnız yaxın ətrafa zərə verə biləcəyi bildirilib.

Həmin şəxsin Diyarbekirdə yaşadığı və ailəsi tərəfində itkin olaraq axtarışa verildiyi məlum olub. Məsciddəki izdiham arasında halı pisləşən onlarla insana səhiyyə işçiləri tərəfindən tibbi yardım edilib. Məsciddə aparılan axtarış nəticəsində başqa bir partlayıcı aşkar edilməyib.








Aydan AXUNDOVA