- Köhnə - Region
- 2 İyul 2016 19:44
- 10 168
Rusiyada ağır qəza - 3 azərbaycanlı öldü, 3-ü yaralı
Rusiyanın Stavropol əyalətində "Mercedes" markalı avtomobil "KAMAZ"la toqquşub.
Hadisə nəticəsində üç Azərbaycan vətandaşı halak olub və daha üç nəfər yaralanıb.
Yol polisi qeyd edir ki: "Avtomobilin sürücüsü və sərnişinləri Azərbaycan Respublikasının vətəndaşlarıdır, onlar yalnız bu gün sərhədi keçiblər və Rostov şəhərinə gedirdilər. Hadisə ilə bağlı cinayət işinin qaldırılması məsələsi həll olunur. Yoxlama aparılır".
Trend.az