Moskva məhkəməsi polisi qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlı Nemət Rəşidovu 24 il müddətinə azadlıqdan məhrum edib. Moskva məhkəməsi polisi qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlı Nemət Rəşidovu 24 il müddətinə azadlıqdan məhrum edib.

Moskvada polisi öldürən azərbaycanlıya hökm oxundu - 24 il

Moskva məhkəməsi polisi qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlı Nemət Rəşidovu 24 il müddətinə azadlıqdan məhrum edib.


Bunu Rusiya Baş İstintaq İdarəsi rəhbərinin Moskva üzrə baş köməkçisi Yuliya İvanova deyib.

Onun sözlərinə görə, N.Rəşidov polis əməkdaşının həyatına qəsd etmə, avtomobili qanunsuz ələ keçirmə maddələri üzə təqsirli bilinib.

İstintaq müəyyən edib ki, 2015-ci il mayın 27-də gecə saat 03:00 radələrində polis əməkdaşları cinayətkarın olduğu "Qazel" avtomobilini təqib ediblər. N.Rəşidov Moskvada ödəniş terminalını oğurlayaraq hadisə yerindən uzaqlaşmağa çalışıb. Onun olduğu avtomobil patrul maşınları tərəfindən saxlanılsa da, N.Rəşidov meşə massivində gizlənməyə imkan tapıb.

Polislər cinayətkarı saxlamağa çalışarkən N.Rəşidov onlardan birinə ən azı 3 bıçaq xəsarəti yetirib. Həmin polis əməkdaşı hadisə yerində dünyasını dəyişib.


Trend.az