"Türkiyə Böyük Millət Məclisinin 100-ə yaxın deputatı ilə birlikdə ötən gecəni parlamentin təhlükəsizlik zirzəmisində keçirdik". "Türkiyə Böyük Millət Məclisinin 100-ə yaxın deputatı ilə birlikdə ötən gecəni parlamentin təhlükəsizlik zirzəmisində keçirdik".

“Gecəni parlamentin zirzəmisində keçirdik” - Türkiyə deputatı

"Türkiyə Böyük Millət Məclisinin 100-ə yaxın deputatı ilə birlikdə ötən gecəni parlamentin təhlükəsizlik zirzəmisində keçirdik".


Bunu Türkiyə Böyük Millət Məclisinin deputatı Ləvənt Gök deyib.

O qeyd edib ki, deputatlar gecə yaranmış vəziyyətlə əlaqədar parlamentin fövqəladə iclasını keçirmək üçün toplaşıb: "Amma mövcud şərait buna imkan vermədi. 7 dəfə ard-arda atılan bombalar nəticəsində binada ciddi dağıntılar var. Türkiyə Böyük Millət Məclisinin tarixində bu görülməmiş hadisədir. Buna baxmayaraq, digər müxalifət partiyalarının təmsilçiləri də daxil olmaqla baş vermiş hadisələrlə bağlı müzakirələrimizi davam etdiririk".

L.Gök bəyan edib ki, təmsil etdiyi Cumhuriyyət Xalq Partiyası hər zaman ölkədə demokratiyanı dəstəkləyib: "Türkiyə yalnız demokratiya yolu ilə inkişaf edə bilər. Partiya bu prinsipi pozmağa çalışanlara qarşı sərt mövqeyini bildirir".


Report.az