Türkiyə Böyük Millət Məclisinin (TBMM) fövqəladə toplantısı keçirilir. Türkiyə Böyük Millət Məclisinin (TBMM) fövqəladə toplantısı keçirilir.

Türkiyə Böyük Millət Məclisi fövqəladə toplandı - FOTO

Türkiyə Böyük Millət Məclisinin (TBMM) fövqəladə toplantısı keçirilir.


Toplantı Türkiyədə çevriliş cəhdi ilə bağlı çağırılıb.

İclası TBMM sədri İsmail Kahraman açıb. Sonra TBMM sədri parlamentdəki siyasi partiya qruplarının rəhbərlərinə söz verib.

Hakimiyyətdəki Ədalət və İnkişaf Partiyası adından partiya sədri və baş nazir Binəli Yıldırım çıxış edib.

Sonra söz ana müxalifət partiyası olan CXP sədri Kamal Kılıçdaroğluna verilib.

MHP adından isə partiya sədri Dövlət Bağçalı çıxış edib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar da TBMM toplantısına qatılıb.





Apa.az