Ermənistanın Milli Təhlükəsizlik Xidməti Yerevanda polis binasını tutmuş silahlı qruplaşma ilə bağlı olan iki nəfərin həbsi haqqında bəyanat yayıb. Ermənistanın Milli Təhlükəsizlik Xidməti Yerevanda polis binasını tutmuş silahlı qruplaşma ilə bağlı olan iki nəfərin həbsi haqqında bəyanat yayıb.

Yerevanda “qiyamçıların” həbsləri davam edir

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Yerevanda polis binasını tutmuş silahlı qruplaşma ilə bağlı olan iki nəfərin həbsi haqqında bəyanat yayıb.


Xatırladaq ki, ötən bazar bir qrup silahlı şəxs polisin post-patrul xidməti alayını ələ keçirib və binadakıları girov saxlayıb. Polisin açıqlamasına görə, qarşıdurma zamanı bir polis ölüb, altı nəfər, o cümlədən 5 polis işçisi xəsarət alıb. Qrup hazırda dörd polis işçisini girov saxlayır. Onların arasında Ermənistanın rəis müavini Vardan Yegiazaryan və Yerevanın rəis müavini Valeriy Osipyan da var.


Oxu.Az