Daha bir nəfər soyuqdan öldü

Güney Azərbaycanın zəlzələ baş verən Vərziğan bölgəsində daha bir nəfər soyuğun qurbanı olub. Bu barədə məlumatı "Baybak" saytı yayıb. Saytın məlumatına görə, hadisə noyabrın 24-də baş verib.

Qeyd edək ki, bundan əvvəl 3 yaşlı qız soyuqlar səbəbindən dünyasını dəyişmişdi. Bölgədə soyuq hava şəraitinə baxmayaraq hələ də minlərlə insan çadırlarda yaşayır. Dağlıq əraziyə qar yağdığından əhalinin vəziyyəti daha da ağırlaşıb.

Alpər Oğuz
AzNews.az