- Köhnə - Region
- 4 Oktyabr 2016 09:26
- 13 926
13000 polis işdən çıxarıldı - Aralarında vəzifəlilər də var
Türkiyə hakimiyyəti Fətullah Gülən tərəfdarı olduğu ehtimal edilən 12801 polisi işdən azad edib.
AzNews.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Məlumata görə, xidmətdən uzaqlaşdırılanların təxminən 2,5 min nəfəri rəis vəzifəsində olub.
Xatırladaq ki, iyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdi olub. Hadisələr əsasən Ankara və İstanbulda cərəyan edib. Nəticədə 240-dan çox Türkiyə vətəndaşı vəfat edib, 2 000-dən çox insan xəsarət alıb. Cəhdin qarşısı alınıb.
Çevriliş cəhdində birbaşa Fətullah Gülən və onun tərəfdarları günahkar bilinir.
Aydan AXUNDOVA