Baş nazirdən gözlənilməyən hərəkət - Jurnalistlərin gözündən yayınaraq...

Türkiyənin baş naziri Binali Yıldırım bu gün gözlənilmədən sabiq prezident Abdullah Gülün ofisinə baş çəkib.


AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, proqramda nəzərdə tutulmayan görüş Abdullah Gülün İstanbul Maslakdakı ofisində keçirilib. Mətbaut nümayəndələrinin diqqətini yayındıraraq Gülün yanına gedən Yıldırımın səfəri təxminən 1 saat davam edib.

Rəsmi dairələr görüşün bir nəzakət mənası daşıdığını bildirməklə kifayətləniblər.

Aydan AXUNDOVA