- Köhnə - Region
- 14 Oktyabr 2016 20:00
- 8 365
Gürcüstanda saxlanılan azərbaycanlıların məhkəməsi dekabrda davam edəcək
Bu gün Rustavi Şəhər Məhkəməsində Marneuli seçki dairəsinin 48 nömrəli Qızılhacılı seçki məntəqəsində baş verən qarşıdurma ilə bağlı məhkəmə iclası başa çatıb.
Saxlanılan 6 nəfərin qohumları və kənd sakinləri məhkəmə binası ətrafına toplaşıblar. Onlar saxlanılan şəxslərin cərimə ödənilib azad olunmasını tələb ediblər.
"Burçuladze-Xalq üçün" partiyasından parlament seçkilərində namizəd irəli sürülən İsrafil Bayramov APA-ya açıqlamasında məhkəmə prosesinin dekabrın 6-da keçiriləcəyini bildirib. O, məhkəmədə gənclərin cinayət törətmələri barədə iddiaların təsdiqini tapmadığını qeyd edib: "Məhkəmədə faktlar təsdiqlənməyib. Ona görə də təkrar iclas dekabrın 6-da olacaq".
İ. Bayramov azərbaycanlı gənclər barədə 2 ay müddətinə həbs-qətimkan tədbirinin seçildiyini bildirib.
Qeyd edək ki, onlar oktyabrın 13-də yaşadıqları Qızılhacılı kəndində saxlanılıb.
APA.az