- Köhnə - Region
- 22 Oktyabr 2016 14:57
- 10 370
84 yaşlı kişinin alovlar içində yandığı evdən dəhşətli görüntülər - Video + Foto
Goranboy rayonunun Qaraçinar kəndində yanğın hadisəsi qeydə alınıb.
AzNews.az-ın ARB-yə istinadən məlumatına görə, hadisə Vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan, kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 84 yaşlı Məhəmməd Dadaşovun yanmış meyiti aşkar olunub.
Mərhumun oğlu: "Anam bizdə qaldı, atam gedib evdə yatdı. Səsə oyandım, çölə çıxanda, artıq, yanmışdı. Uşaq olmasaydı, özümü atardım içəriyə. Böyük oğlum evə girmək istəyirdi, mən qoymadım".
Alov söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Hadisənin baş vermə səbəbləri araşdırılır.