- Köhnə - Region
- 25 Oktyabr 2016 09:30
- 11 222
Cənub bölgəsinə qar yağır - Fotolar
Ötən gecədən başlayaraq cənub bölgəsinin dağlıq rayonlarına qar yağır.
Aramsız yağışlardan sonra havanın temperaturu daha da aşağı düşüb.
Dağlıq rayonlardan olan Lerikin mərkəzində 5 santimetr, yuxarı dağlıq ərazilərdə 15 sm-ə qədər, Yardımlıda mərkəzə 2-3 santimetr, yuxarı kəndlərdə 10 sm-ə qərər qar düşüb.
Digər dağətəyi yaşayış məntəqələrində sulu qar yağır.
Rayon Fövqəladə hallar üzrə komissiyalardan hər hansı bir çətinliyin yaşanmadığı, elektrik enerjisi və mavi qazın verilişində açılmaların olmadığı bildirilib.
Report.az