İntensiv yağan yağışlar nəticəsində Masallı rayonunda 50-dən yuxarı ev sel suları altında qalıb. İntensiv yağan yağışlar nəticəsində Masallı rayonunda 50-dən yuxarı ev sel suları altında qalıb.

50-dən çox ev sel sularının altında qaldı - Əkin sahələrinə ciddi ziyan dəydi

İntensiv yağan yağışlar nəticəsində Masallı rayonunda 50-dən yuxarı ev sel suları altında qalıb.


Bunu AzNews.az-a Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin müdiri Nəsir Muxtarlı bildirib. Onun sözlərinə görə, 40 günə yaxındır ki, davam edən yağışlarla əlaqədar çaylarda daşqınlar müşahidə olunur: "İndi müəyyən ərazilər və həyətlər su altındadır. Ən çox subasma halları Xirmandalı ərazisində müşahidə olunub. Təkcə Xirmandalıda 40-a yaxın evin zirzəmisinə su dolub, yaşayış üçün təhlükə yoxdur. Əkin sahələrinə də ciddi ziyan dəyib".

N.Muxtarlı hazırda texnikaların sözü gedə ərazidə işlədiyini vurğulayıb: "Artıq problem aradan qaldırılır".

Bahar RÜSTƏMLİ
AzNews.az