Türkiyədə bələdiyyə idarəsinə hücum təşkil edilib. Türkiyədə bələdiyyə idarəsinə hücum təşkil edilib.

Türkiyədə daha bir partlayış - Bələdiyyə sədri yaralandı (Yenilənib)

Türkiyədə bələdiyyə idarəsinə hücum təşkil edilib.


AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Mardin vilayətində bələdiyyə idarəsinə minaatandan zərbə endirilib. Hücum nəticəsində yaralananların olduğu bildirilir. Hadisə yerinə çox sayda təcili tibbi yardım maşını cəlb edilib.

İlkin məlumata görə, partlayış zamanı Derik bələdiyyə sədri Muhammed Fatih Safitürk yüngün xəsarət alıb.

13:52
***


Mardin vilayətində Derik rayon bələdiyyə idarəsinə qarşı həyata keçirilən raket hücumu nəticəsində 3 nəfər yaralanıb.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, aralarında bələdiyyə sədri Muhammed Fatih Safitürk də olmaqla yaralılar xəstəxanaya çatdırılıb.

Hücumun PKK terrorçuları tərəfindən həyata keçirildiyi dəqiqləşib.

Aydan AXUNDOVA