Saakaşvili: “Uzunmüddətli yanaşmada optimistəm“

Gürcüstan Cənubi Qafqazda həmişə stabilləşdirici rol oynayıb.



Trend-in məlumatına görə, bunu Gürcüstan prezidenti Mixail Saakaşvili Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bazar ertəsi öz işinə başlayan qış sessiyası çərçivəsində qurumun sədri Jan-Klod Minyonla keçiridiyi brifinqdə deyib.
Gürcüstan Prezidenti ölkəsinin qonşularla yaxşı münasibətlərin olmasını istədiyini bildirib.

"Gürcüstanın həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətləri var. Demək istərdim ki, bunlar sadəcə ümumi sözlər deyil. Ondan daha önəmlidir. Son bir neçə ildə bu münasibətlər nəinki hökumətlər arasında, eləcə də xalqlar arasına da mövcud olub. Bu illər ərzində xalqlarımız bir-birinə daha yaxın olub. Bununla, mövcud olan streotiplər aradan qalxıb. Biz özümüzü daha da yaxşı tanıdıq.

Analoji proses Azərbaycanla da mövcuddur. Uzunmüddətli yanaşmada optimistəm, amma bəzi maneələri aşmaq lazım olacaq", - Saakaşvili bildirib.

AzNews.az