Rusiya və İran xarici işlər nazirləri Xəzərdən danışdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Cavad Zərif arasında bu gün telefon danışığı baş tutub.

AzNews.az-ın rus mətbuatına istinadən məlumatına görə, tərəflər telefon söhbətində Suriya məsələsini və Xəzər dənizində əməkdaşlıq mövzusunu müzakirə ediblər.

Danışıqlar zamanı Rusiya prezidenti Vladimir Putinin noyabrın 1-də İrana işgüzar səfərinin yekunlarına da diqqət ayrılıb.