2000-ci ildən Ermənistanın Mülki Apellyasiya Məhkəməsinin sədri vəzifəsini icra edən Tiqran Saakyan istefa ərizəsini təqdim edib 2000-ci ildən Ermənistanın Mülki Apellyasiya Məhkəməsinin sədri vəzifəsini icra edən Tiqran Saakyan istefa ərizəsini təqdim edib

Mülki Apellyasiya Məhkəməsinin sədri istefa verdi

2000-ci ildən Ermənistanın Mülki Apellyasiya Məhkəməsinin sədri vəzifəsini icra edən Tiqran Saakyan istefa ərizəsini təqdim edib




Trend-in məlumatına görə, bu barədə cümə günü "Novosi-Armenia", "Aykakan jamanak" qəzetinə istinadən xəbər yayıb.

Qəzetin məlumatına görə, Saakyan öz yaxın ətrafına yorulduğuna görə istefa verdiyini açıqlasa da, əslində onu istefa verməyə məcbur ediblər.
Qəzetin mənbələrinin verdiyi məlumata görə, ona qarşı dəlillər yığılıb. Bununla əlaqədar qəzet iddia edir ki, onun işdən azad olunması "məhkəmə sistemində təmizlik" konteksrində təqdim olunacaq.
Həmçinin bildirilir ki, istefadan əvvəl məhkəmə sədri məzuniyyətə gedib.
Saakyanın ərizəsinə Ermənistanın Ədliyyə Şurasında baxılacaq və təmin olunacağı halda təsdiqlənmək üçün prezidentə təqdim olunacaq. Boş qalan vakansiya ilə bağlı müsabiqə elan olunacaq. Onun nəticəsində şura namizədlərdən birini seçib təsdiqləmək üçün prezidentə təqdim edəcək.

AzNews.az