Dənizçilər Gürcüstanın "İşğal edilmiş ərazilər haqqında" qanunun pozulmasında ittiham olunurlar Dənizçilər Gürcüstanın "İşğal edilmiş ərazilər haqqında" qanunun pozulmasında ittiham olunurlar

4 gəmiçi Gürcüstan sahil sularında saxlanılıb (Siyahı)

Dənizçilər Gürcüstanın "İşğal edilmiş ərazilər haqqında" qanunun pozulmasında ittiham olunurlar

Çərşənbə günü Gürcüstan sərhədçiləri tərəfindən saxlanmış "Aydar" gəmisinin ekipaj üzvlərinin dördü Azərbaycan vətəndaşıdır. Bu barədə Trend-ə tanınmamış Abxaziya respublikasının dəniz gəmiçiliyinin direktoru Zaur Ardzinba məlumat verib.

Abxaziyadan Türkiyənin Trabzon limanına istiqamətlənən "Aydar" gəmisinin ekipajı dörd Azərbaycan, iki Rusiya və iki Ukrayna vətəndaşından ibarət olub.

Ardzinbanın sözlərinə görə, balıq unu və piyi daşımış gəmi neytral sularda saxlanılıb və Gürcüstanın Poti limanına aparılmışdır.

Gürcüstan Sərhəd Polisinin (GSP) nümayəndəsi isə saxlanılan heyətdəki azərbaycanlılar barədə Trend-ə məlumat verib.

Saxlanılan Azərbaycan dənizçilərinin adları:

1. Mahir Səfərov, kapitanın baş köməkçisi
2. Bəylər Hüseynov, böyük mexanik
3. Rüfət Cəlilov, ikinci mexanik
4. Elşad Mahmudov, elektrik

GSP nümayəndəsinin sözlərinə görə, dənizçilər Gürcüstanın "İşğal edilmiş ərazilər haqqında" qanunun pozulmasında ittiham edilir və Potidə saxlanılırlar.


AzNews.az