Ermənistan 427,7 min ABŞ dollarına səfirlik açacaq

Ermənistan höküməti cümə axşamı keçirilən iclasda ölkə prezidentinin Meksika, İndoneziya və İsveçdə səfərliklərinin açılması ilə bağlı sərəncamını qəbul edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Novosti-Armenia" agentliyi xəbər yayıb.

2013-cü ildə Ermənistan büdcəsindən Mekisakada səfirliyin açılmasına 150,5 milyon dram (359,6 min ABŞ dolları), İndoneziyada diplomatik nümayəndəliyin açılması üçün isə 160,5 milyon dram (383,5 min ABŞ dolları) ayrılıb.

Ermənistanın maliyyə nazirinin müavini Pavel Safaryanın verdiyi məlumata görə, İsveçdə açılması üçün nəzərdə tutulan 179 milyon dram isə (427,7 min ABŞ dolları) prezidentin ehtiyat fondundan ayrılacaq.

O, həmçinin qeyd edib ki, 2014-cü ildə İsveçdə yerləşəcək səfirliyin fəaliyyətini təmin etmək üçün dövlət büdcəsindən 200 milyon dram (477,9 milyon ABŞ dolları) vəsait ayrılıb.

AzNews.az