Ermənilər öz kilsələrinə atəş açdılar

Türkiyədə erməni kilsəsinə atəş açaraq qaçan şəxslərin erməni olduğu aşkarlanıb. Xatırladaq ki, bazar günü İstanbul şəhəri Kumkapı məhəlləsindəki "Gedikpaşa Surb Ovanes" adlı erməni kilsəsində dini ayin vaxtı 3 nəfər naməlum şəxs məbədə tərəf 7 dəfə atəş açmışdı. Bundan başqa həmin şəxslər kilsənin divarlarına, "Zəncirlər qırılsın, Ayasofiya açılsın!" yazılmış kağızlar yapışdırmışdılar.

Qeyd edək ki, ötən gün polis ərazidə olan təhlükəsizlik kameralarındakı görüntülərin köməyi ilə kilsəyə hücum edən 2 nəfəri yaxalayıb. Biri erməni olan 2 şübhəli törətdikləri əməli etiraf ediblər. Şübhəlilər polisə verdikləri ifadədə insanlar arasında qorxu və təxribat yaratmaq kimi niyyətlərinin olmadığını iddia ediblər.

Xatırladaq ki, 2 ay əvvəl İstanbulda yaşlı ermənilərin qarət edilərək öldürülməsi hadisəsi baş vermiş, daha sonra cinayətin gənc bir erməni tərəfindən törədildiyi aşkarlanmışdı.//anspress//

AzNews.az