Ermənistana növbəti dəstək

Ermənistanda yerləşən Rusiya hərbi bazasına yeni hərbi texnika gətirilir. Ans Press-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, yaxın vaxtlarda hərbi bazaya "KamAZ-43118" avtomobilləri əsasında yaradılan yeni xüsusi maşınlar gətiriləcək. Məlumata görə, onların təkər bazası 6x6 olacaq.

Baza həmçinin RƏM-lərin hərbi bölmələri, naviqasiya sistemləri və gecə kəşfiyyatı üçün radiasiya və kimyəvi vasitələr, QLONASS (naviqasiya sistemi) üçün yeni hərəkət məntəqləri gətiriləcək.

Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, yeni komplekslər 100 km-ə qədər radiuslarda 100-dən artıq hava nöqtələrini aşkar etmək və eyni vaxtda 10-dan artıq hədəfləri müşayiət etmək qabiliyyətinə malikdirlər.

AzNews.az