Mayın 21-də gecə saatlarında İranda zəlzələ baş verib Mayın 21-də gecə saatlarında İranda zəlzələ baş verib

İran yenidən silkələndi

Mayın 21-də gecə saatlarında İranda zəlzələ baş verib




APA-nın Tehran Universiteti, Geofizika İnstitutu, Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən məlumatına görə, təbii fəlakətin episentri yenə Hörmüzqan vilayətinin Gövhəran şəhəri olub. 4.1 bal gücündə olan zəlzələ yerli vaxtla saat 01:03-də (Bakı vaxtı ilə 01:33-də) yerin 12 km dərinliyində meydana gəlib.

Təbii fəlakət Gövhərandan 20 km, Manucandan 80 km, Qalə gəncdən 82 km və Tehrandan 1165 km uzaqlıqda baş verib. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, mayın 20-də Hörmüzqan vilayətinin Gövhəran şəhərində 4.7 və 4.8 bal gücündə olmaqla iki güclü zəlzələ baş verib. Ümumiyyətlə, son iki həftə ərzində bu vilayətdə yeraltı təkanlar səngimir və irili-xırdalı yüzlərlə yeraltı təkan qeydə alınıb.

AzNews.az