5 uşağı olan qadınlara “Milli Qəhrəman“ adı veriləcək

Son 20 ildə Ukraynanın əhalisi azalaraq 52 milyondan 45 milyona düşüb.


BMT-nin hesabatına görə, bu rəqəm 2050-ci ildə 30 milyondan da az olacaq. Bunun qarşısını almaq istəyən ölkə rəsmiləri əhalinin sayını çoxaltmaq üçün qeyri-adi təşviqat kampaniyaları keçirir.

Belə ki, doğuma görə ödənilən müavinətin məbləği dünyaya gələn ilk uşaq üçün 4 000 dollar, ikinci uşaq üçün 7 000 dollar, üç və daha çox uşaq üçün 14 000 dollara çatdırılıb. Bundan başqa 5-dən çox uşağı olan ailələrə ev verilməklə yanaşı, bu uşaqları dünyaya gətirən qadın da "Milli Qəhrəman" adına layiq görülür.

Həmçinin 3, 5 və daha çox uşağı olan ailələrdən kommunal xərclər 50 faiz alınacaq. Ölkədə uşaq sahibi olmaq təşviq edilməklə yanaşı 30 yaşına çatıb övladı olmayan ailələrdən vergi alınması da nəzərdə tutulur.//anspress//

AzNews.az