- Köhnə - Region
- 1 İyul 2013 08:54
- 3 327
Almaniya parlamentini Tehrandakı türklər maraqlandırır
Dr. Əhməd Yəzdani, Dr. Simin Səbri, vəkil Pərviz Yəzdani və Səccad (Duman) Radmehrin iştirak etdiyi görüşdə millə fəalların həbsi, xüsusilə Yeni GAMOH liderləri barədə çıxarılan həbs qərarları müzakirə olunub.
Tərəflər İranda siyasi durum, bu ölkəyə qarşı tətbiq edilən sanksiyaların təsiri, Avropanın qaçqınlarla bağlı siyasəti barədə müzakirələr aparıb. Güneyli insan hüquqları müdafiəçiləri İranda millətlərə qarşı yürüdülən siyasət, ana dilində təhsil hüququnun pozulması, siyasi və milli fəallara işgəncə faktları barədə geniş hesabat təqdim edib.
Almaniyalı parlamentarilər İranda assimilyasiya siyasəti, və özəlliklə Tehrandakı türklər haqqında suallar verib.
Görüşün sonunda Tom Koeniqs İranda həbsdə olan azərbaycanlı falların sərbəst buraxılmaları üçün çalışacaqlarını vurğulayıb.
Elnarə
AzNews.az