- Köhnə - Region
- 6 İyul 2013 19:55
- 6 901
Ermənistanda əsgər anaları bəyanat qəbul etdilər

Anspress-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, erməni analar bildiriblər ki, Ermənistan hərbi prokurorluğu bilərəkdən əsgər ölümləri faktını gizlədir.
Erməni analar bəyan ediblər ki, hərbi prokurorluq tərəfindən əsgərlər Torqom Saruxanyan, Tiqran Ambarsmyan, Zorik Markaryan, Aqasi Abramyan, Albert Adibekyan, Edvard Alaverdyan, Tiqran Varyanın həlak olması faktı gizlədilib.
Əsgər anaları bəyanatlarında bildiriblər: "Biz öldürülmüş əsgərlərin anaları hesab edirik ki, bu, öldürülmüş əsgərlərin valideynləri üçün təhqirdir". Ekspertlər hesab edir ki, əsgərlər işğal edilmiş Azərbaycan ərazilərində həlak olduğundan onların ölüm faktı açıqlanmır.
AzNews.az