- Köhnə - Region
- 10 İyul 2013 21:18
- 6 575
Azərbaycanlı ekstrasens 18 yaşlı qızın qatilini axtarır
Estoniyanın РЕН ТВ kanalında yayımlanan "Ekstrasenslərin döyüşü" proqramının yarışçılarının qarşısına həlli çətin olan məsələlər qoyulur. Belə ki, ekstrasenslər səhnədəcə qətllərlə bağlı fikirlər səsləndirərək öz təxminlərini irəli sürməli olurlфr.
Proqramda Azərbaycan da daxil olmaqla dünyanın bir çox ölkələrindən 13 ən güclü esktrasens yarışır. Onların arasında ABŞ, Kanada, Avstraliya, Gürcüstan, Bolqaristan, Peru, Rusiya, Ukraynadan olan ekstrasenslər var. Azərbaycandan olan ekstrasens isə tamaşaçıların qarşısında təkcə bu ölkələrdən olan rəqibləri ilə yox, həm də Ermənistandan olan rəqibi ilə yarışır.
Əvvəlki proqramlarda ekstrasenslər 18 yaşlı Mariya Zarubanın ölümü ilə bağlı sirləri açmalı olublar. Naməlum şəraitdə ölən gənc qızın taleyi ilə bağlı fikirlərini bölüşüblər.
Proqramın aparıcısı Pavel Kostiçinin sözlərinə görə, verilişdə qanlı hadisələrdən istifadə edilməsi təkcə şou xarakteri daşımır: "Ekstrasenslər real olaraq kömək etdiyi təqdirdə bu köməkdən istifadə etməyə bilmərik. Onlar konkret cavab vermirlər, ancaq detalları görürlər. İnsanın vəzifəsi isə bu detalları məntiqlə bir yerə toplamadır. Bu səbəbdən layihəyə ekspert-kriminalist də cəlb olunub".
Bu mövsümdə isə proqram rəqabət baxımdan daha qəddar olacaq. Ekstrasenslər daha bir ölüm işi ilə bağlı bacarıqlarını sərgiləyirlər. Onlar cəsədi çayda tapılan gənc qızın qətli ilə bağlı "gördüklərini" tamaşaçıların gözü qarşısında nümayiş etdirirlər. Qətldə gənc oğlan ittiham edilsə də, bir çox dəlillər hadisəni onun törətmədiyini göstərir. Gəncin anası ekstrasenslərə müraciət edərək oğlunu təmizə çıxarmağı onlardan xahiş edib.
Yarışçılarla bərabər münsiflər heyətində təmsil olunan məşhur maq Uri Heller de səhnədə qətllə bağlı sirləri açmağa çalışır.
Xatirə
AzNews.az