- Köhnə - Region
- 12 İyul 2013 11:03
- 5 659
Quşçu kəndinin sakinləri aksiya keçirdilər - FOTO
Etiraz aksiyasına toplaşan kənd sakinlərinin yeni hakimiyyətdən tələbi örüş yerini geri qaytarmaqdır. Sakinlər 50 hektar sahəyə yaxın bu ərazinin üçüncü şəxsə satıldığını bildiriblər. Onlar Marneuli rayon icra hakimiyyətinin başçısına şikayət ediblər, o isə məhkəməyə müraciət etməyi məsləhət görüb.
Sakinlər bildiriblər ki, onlar mal-qara saxlamaqda çətinlik çəkirlər: "120 evdən ibarət kənddə hər evdə iki-üç mal-qara var. Biz bu 350 baş mal-qaranı harada otaraq? Əgər bizim tələbimizə cavab verən olmasa, baş nazir İvanişvilinin iqamətgahı qarşısında etiraz aksiyası keçirəcəyik".
Qeyd edək ki, Quşçu kəndi Borçalının qədim kəndlərindən biridir. Burada 450 nəfər yaşayır.
AzNews.az