- Köhnə - Region
- 12 İyul 2013 13:57
- 11 082
PKK lideri Abdullah Öcalan evlənir

PKK terror təşkilatının uzun illərdir həbsdə olan lideri Abdullah Öcalan yaxın zamanlarda evlənəcək.
AzNews.az-ın məlumatına görə, bu iddia ilə Türkiyənin "Hürriyət" qəzetinin Ankara bürosunun rəhbəri Mətəxan Dəmir çıxış edib. O bildirib ki, yaxın zamanlarda Abdullah Öcalanın mədəni vəziyyəti dəyişə bilər.
Jurnalist iddia edib ki, bugünə qədər PKK-dan və PKK vasitəsilə Türkiyə hökumətindən bir çox siyasi tələblər edən terror təşkilatı rəhbəri bu dəfə özü üçün bir tələb irəli sürəcək və evlənmək niyyətində olduğunu açıqlayacaq.
AzNews.az