Yaxşı Cazibə qayıdır

Türkiyənin məşhur aktrisası, azərbaycanlı qızdan bəhs edən və sonu qalmaqalla bitən "Yaxşı Cazibə" serialındakı Cazibə rolu ilə tanınan Aslıhan Gürbüz yenidən ekranlara qayıdır.

Aktrisa "Gold Film" tərəfindən şəkilən və Kanal D-də yayımlanacaq "A.Ş.K" adlı serialda baş rolu oynayacaq. Artıq aktrisa filmin rejissoru Faruk Turqutla müqavilə imzalayıb.

Qeyd edək ki, aktrisanın rol aldığı "Yaxşı cazibə" serialının sonunda azərbaycanlı qadının fırıldaqçı, pul üçün bir neçə dəfə evlənərərk kişiləri aldadan şəxs kimi təqdim olunması Azərbaycan və Türkiyədə böyük etirazla qarşılanmışdı. Serialın finalına hətta hər iki ölkənin mədəniyyət nazirləri də münasbət bildirmişdilər.

Elnur
AzNews.az