Prezident namazını qılıb əməliyyat olundu - Təfərrüat

Türkiyə prezidenti Abdullah Gülün ötən həftə keçirdiyi əməliyyatla bağlı təfərrüatlar açıqlanıb. Türkiyə mətbuatının yazdığına görə, A.Gül Maslak Acıbadem Xəstəxanasına şənbə günü saat 04.30 radələrində gətirilib. Sabah namazını qıldıqdan sonra əməliyyat edilən prezidentin qulaq əməliyyatı uğurla keçib.

Əməliyatı Gazi Universitetindən prof. dr. Yıldırım Beyazıt edib. Onunla yanaşı həkimlərin arasında Pakistandan müsəlman bir həkim də olub.

Gülün sol qulağına "koklear implant" yerleşdirilib. Cihaz üç həftə sonra fəal olacaq. Prezident bundan sonra heç bir problemlə üzləşməyəcək və həyatına normal davam edəcək.

Elnarə
AzNews.az