Nazir bilmədən orucunu pozdu - Video

Türkiyənin Milli Müdafiə naziri oruc qəzası ilə üzləşib.

Belə ki, çıxış etmək üçün Türkiyə Böyük Millət Məclisinin (TBMM) kürsüsünə çıxan nazir İsmət Yılmaz burda oruclu olduğunu unudaraq su içib.

Millət vəkillərinin xəbərdarlığı ilə nə edəcəyini çaşan nazir ağzındakı suyu kürsüyə töküb. Millət vəkili yoldaşları halal olsun deyərək nazir İsmət Yılmaza təskinlik veriblər.

Qeyd edək ki, İslam qaydalarına görə unudaraq bir şey yeyib içmək orucu batil etmir.



AzNews.az