Bir gündə 8 nəfər edam edildi- İranda

İranda 8 nəfər edam edilib


APA-nın məlumatına görə, bu barədə Gilan vilayətinin baş ədliyyə rəisi Məhəmməd Cavad Heşməti açıqlama verib. Onun sözlərinə görə, məhbuslar təcavüzdə günahlandırılaraq dara çəkiliblər:

"Bu məhbuslar 2010-cu ildə edam cəzasına məhkum ediliblər və qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra iyulun 9-da axşam saatlarında Rəşt şəhərinin mərkəzi həbsxanasında icra edilib".

Ancaq M. Heşməti edam olunmuş məhbusların kimliyini açıqlamayıb.

Qeyd edək ki, İranda iyunun 14-də keçirilmiş prezident seçkilərindən indiyədək 75 nəfərin edam edildiyi barədə məlumat yayılıb.


AzNews.az