- Köhnə - Region
- 14 İyul 2013 15:55
- 7 567
Həsən Ruhaninin çıxışı ölkədə birmənalı qarşılanmadı- VİDEO
Dr.Həsən Ruhani İrana prezident seçildikdən sonra ölkədə həyatın liberallaşdırılmasının vacibliyindən, gündəlik həyatdakı qadağalar və ciddi nəzarətdən danışıb. O, İranın gələcək hökumətinin əsas prinsiplərinin mötədilliyin və qanunçuluğun olmasını, cəmiyyətdə ədalətin bərqərar edilməsini yalnız hökumətlə xalq arasında şəffaflıq və qarşılıqlı əlaqə sayəsində mümkün sayır. Həsən Ruhani vurğulayıb ki, dövlət iqtisadiyyatda azadlığa, xəlqiliyə və ədalətliliyə nəzarət etməli, dəstək verməli və istiqamətləndirməlidir.
Həsən Ruhani ölkəsinin nüvə siyasətindən imtina etməyəcəyini bildirib. Onun sözlərinə görə, İran beynəlxalq ictimaiyyətin sanksiyalarının aradan qaldırılmasına çalışacaq: "Xarici siyasət baxımından, bundan əvvəlki hökumətdə bəzi zəifliklər var idi ki, həll olunmalıdırlar. Xarici siyasətdə balans qorunmalıdır və iki tərəfli əməkdaşlıq nəzərə alınmalıdı. Yəni iki tərəfin də xeyri nəzərə alınmalıdır".
Prezident Ruhani yaradıcılıq azadlığının genişləndirilməsinə, mədəni və bədii sahədə, internet və mətbuatda dovlətin nəzarətini məhdudlaşdıracağına söz verib. //anspress//
AzNews.az