Prezidentdən keçmiş agentə qarşı laqeydlik

Amerika xüsusi xidmət orqanlarının əməkdaşı Edvar Snouden Rusiyadan rəsmən siyasi sığınacaq istəyib. Rusiya dövlət başçısının mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun sözlərinə görə, prezident Putin məsələdən xəbərdardır: "Ancaq indiyə qədər prezident tərəfindən heç bir reaksiya bildirilməyib".

Mətbuat xidmətinin rəhbəri bildirib ki, əgər söhbət müvəqqəti sığınacaqdan gedirsə, bu, ümumiyyətlə prezident səviyyəsinə həll ediləcək məsələ deyil: "Belə olarsa müraciətə miqrasiya qurumu baxacaq. Hətta bu qurumda belə rəhbərlik səviyyəsinə yox, daha aşağı səviyyələrdə məsələyə baxılacaq".

Miqrasiya İdarəsi isə artıq Amerikanın xüsusi xidmət orqanlarının keçmiş əməkaşının Rusiyanan müvəqqəti sığınacaq istədiyini bildirib. Müraciətə 3 ay ərzində baxılacaq.

Elnarə
AzNews.az