- Köhnə - Region
- 17 İyul 2013 20:25
- 3 053
Ermənistandan Türkiyəyə Qarabağ xəbərdarlığı
Türkiyə mətbuatının məlumatına görə, Şarmazanov Türkiyəni Qarabağ münaqişəsinin həlli prosesinə qarışmamağa çağırıb.
Erməni parlamentari Türkiyənin Xarici işlər naziri Ahmet Davutoğlunun bu gün azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında səslənən fikirlərə münasibət açıqlayıb.
Mətbuat konfransında səslənən fikirlərə qəti etiraz edən erməni parlamentinin nümayəndəsi xüsusilə Qarabağ münaqişəsi ilə bağlı fikirlərdən qəzəblənib: "Əgər Türkiyə Qarabağ probleminin tez bir zamanda həll edilməsində maraqlıdırsa sadə bir addım atmalıdır. Həll prosesinə qarışmamalı və müdaxilə etməməlidir".
Elnarə
AzNews.az