- Köhnə - Region
- 18 İyul 2013 10:16
- 2 857
Ermənilər Qarabağda hərbi təlimlərə başlayıb
APA-nın Qarabağ bürosunun xəbərinə görə, partlayışlar ermənilərin nəzarəti altında olan dağ massivlərində və Uzundərə adlanan ərazidə qeydə alınır.
Ermənilərin həmin istiqamətdə hərbi təlimlər keçdiyi ehtimal olunur. Hərbi dairələrdən APA-nın Qarabağ bürosuna bildirilib ki, bu cür partlayış səsləri ağır artilleriya və zirehli texnikalardan açılan atəş üçün xarakterikdir. Partlayış səsləri qonşu Ağcabədi və Bərdə rayonlarının Ağdamla həmsərhəd kəndlərində də eşidilir.
Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında vaxtaşırı hərbi təlimlər keçirirlər.
AzNews.az