Prezident sinif yoldaşını xuliqanlardan qorudu və...


Putinin sinif yoldaşı Yelena Kazlova Rusiyanın kimya üzrə elmi mərkəzlərindən birinə direktor təyin edilib.

"47news" xəbər verir ki, Yelena Kozlova-Qryaznova prezident Putinin sinif yoldaşı kimi tanınır. Onun böyük bacısı Qalina Qriqoryanın sözlərinə görə, gələcək prezident uşaq yaşlarında hər iki bacı ilə dostluq edib.
Putin onları hətta xuliqanlardan da qoruyub. Daha sonra da hər iki bacı həyat boyu Putindən dəstək görüb.

Elnarə
AzNews.az