- Köhnə - Region
- 23 İyul 2013 15:33
- 2 094
Gürcü yazıçılar Azərbaycan xalqından üzr istədilər
Avto Çxaidze bu faktın hətta iki dost ölkə - Azərbaycan və Gürcüstan arasındakı ədəbi və mədəni münasibətlərin korlanmasına da gətirib çıxardığına işarə edib. Məqalə əsasən Yazıçılar İttifaqının sədri Mağvala Qonaşvilinin "Reytinq" jurnalına müsahibəsindəki sitatlara bir növ cavab olaraq yazılıb.
Müsahibədə Gürcüstanın Yazıçılar İttifaqının sədri deyib ki, " Azərbacanla, eləcə də Ermənistan (!) ilə məni dostluq əlaqələri bağlayıb və indi də belədir!.. Məni QARABAĞDA keçirilən gənclik festivalına dəvət etdilər. Bu məsələnin azərbaycanlılar üçün nə qədər ağrılı (?) olduğunu bilirdim və Azərbaycan Yazıçılar İttifaqına məktub göndərdim. Qarabağda gördüyüm sevgiyə görə XOŞBƏXT idim. Bu addımım gürcülər arasında mənfi reaksiyaya səbəb oldu. Mən sadəcə olaraq Qarabağa getmişdim. Azərbaycan dövlətinin qanunlarını pozduğumu bilmirdim".
Onun bu sözlərinə cənab Çxaidze yazdığı məqaləsində bildirib: "Sən ağılsız hərəkətinə görə, Gürcüstan-Azərbaycan arasında doğrudan da mehriban qonşuluq münasibətlərinə necə kölgə saldığını bir dəfəlik dərk et!".
Avto Çxaidze gürcü yazıçılarının adından Azərbaycandan üzr istəyib.//modern//
AzNews.az