Halal və haram qan AÇIQLAMASI

Türkiyənin Qızıl Aypara Cəmiyyətinin rəhbəri Əhməd Lütfi uzun müddətdir müzakirəsi aparılan "halal və haram qan" məsələsinə son nöqtəni qoyub.

Türkiyə mətbuatının məlumatına görə, Ə.Lütfi qanda halal və ya haram anlayışının olmadığını bildirib: "Qızıl Ayprada haram və ya haram qan anlayışı yoxdur. Dünyada da belə anlayış yoxdur. Heç bir zaman da olmayıb. Hala və ya haram qan ayrı-seçkiliyi qoyulmayıb".

Narkoman və ya yoluxucu xəstələrdən qan alınmadığını deyən Ə.Lütfi spirtli içki istifadəçilərindən qan alınmaması barədə təkliflərlə də razılaşmayıb.

Ə.Lütfinin sözlərinə görə, belə müzakirələr milyonlarla insanın qana ehtiyacı olduğu bir zamanda olduqca mənasızdır və donorların sayını kəskin azalda bilər.

Elnarə
AzNews.az