- Köhnə - Region
- 24 İyul 2013 13:51
- 2 925
Vladimir Putin avqustun 16-da İrana səfər edəcək
Səfərin məqsədi barədə heç bir məlumat verilməyib. Ancaq Rusiyada nəşr olunan "Kommersant" qəzetinin yazdığına görə, V. Putinin İrana səfərində ikitərəfli əlaqələr başda olmaqla Buşəhr Atom-Elektrik Stansiyasının yeni bloklarının inşası, "S-300" hava hücumundan müdafiə sistemlərinin əvəzinə "Anti-2500" hava hücumundan müdafiə sistemlərinin təslimi və rəsmi Tehranın "Rus Abaron Export" şirkəti əleyhinə beynəlxalq məhkəməyə etdiyi şikayətini geri götürməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq.
AzNews.az