- Köhnə - Region
- 24 İyul 2013 14:54
- 2 941
Prezidentin dostu kabare açır
Rusiya mətbuatının məlumatına görə, Sankt-Peterburqda açılması nəzərdə tutulan kabare bir qrup investorun birgə layihəsidir. Onların arasında "Rusiya" bankının rəhbəri Yuri Kovalçuk və onun oğlu Boris də var. Y.Kovalçuq prezident Vladimir Putinin dostu kimi tanınır. Məlumata görə sərmayədarlar artıq yerlə bağlı razılığa gəliblər.
Kabare Tavriçecki bağındakı "Leninqrad" kino mərkəzində yerləşəcək.
"Hazırda "Rusiya" bankı layihədə iştirak imkanlarını araşdırır" deyə bankın mətbuat xidməti yayılan məlumatı təqdiqləyib.
Elnur
AzNews.az