Yezidi kürdlər Ermənistandan qaçır


"France-Press" agentliyi Ermənistanda yaşayan yezidi kürdləri ilə bağlı material hazırlayıb. Məqalədə bildirlir ki, Ermənistanda ümumilikdə 40 minə yaxın yezidi kürdü var. Onların qədimlərdən bəri yaşayan adət-ənənəsi bu gün də davam edir. Bu ənənlərin içində ən geniş yayılmışı isə azyaşlı qızlarla evlənməkdir.

Ancaq gənclər bu ənənələri pozmağa çalışaraq müasir dünya ilə ayaqlaşmaq istəyirlər. "14 yaşım olanda valideynlərim məni artıq məktəbə buraxmadı və ərə verdilər". Bunu hazırda 23 yaşı olan Liana bildirib.

Qızlarının onun kimi olmamasını arzulayan Liana onların təhsil almasını istəyir.

Ermənistandakı yezidi kürdlər arasında xüsusilə gənclər bir sıra ənənələrdən imtina edir. Məsələn, onlar dünyaya çox uşaq gətirmək istəmir, gənc yaşda evlənməkdən boyun qaçırır, milli geyimlərdən imtina edirlər.

"Yezidi kürdlərdən ancaq 100-ə yaxını Ermənistan universitetlərində oxuyur" deyə "Yezidxana" adlı qəzetin baş redaktoru Xıdır Aconyan bildirib. Onun sözlərinə görə, gənc yezidi kürdləri üçün xaricə ölkələrə getmək ən böyük arzudur. Yezidi gənclərin əksəriyyəti Avropaya, yaxud Rusiyaya gedir.

Elnarə
AzNews.az