Kafedə partlayış törədildi; 16 ölü

İyulun 25-də İraqda kafedə partlayış törədilib, nəticədə 16 nəfər ölüb, daha 20 nəfər isə yaralanıb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, insident Bağdaddan 80 km şimal-şərqdə yerləşən Muktadiyyə şəhərində kafedə baş verib. Partlayış iftardan sonra, yəni kafe müştərilərlə dolu olan zaman baş verib.

Qeyd edək ki, iyulun 25-də törədilən terror aktları, ümumilikdə, 30 nəfərin həyatına son qoyub.

AzNews.az