Hava Limanında gecikmələr yarandı

Atatürk Hava Limanında pasport qeydiyyatı sistemində yaranan texniki səbəblərə görə gecikmələr yaranıb. Trend-in məlumatıan görə, bu haqda Türkiyənin "Hürriyet" qəzeti məlumat verib.

Qəzetin verdiyi məlumata əsasən, Atatürk Hava Limanının passport qeydiyyatı sisteminə haker müdaxiləsi olub və buna görə də sistemdə yaranan nasazlıq bir çox beynəlxalq uçuşların gecikməsi ilə nəticələnib.

Uçüşların nə zaman bərpa ediləcəyi haqda məlumat verilmir.

AzNews.az