Sirli cinayət: bir ailənin 3 üzvü yoxa çıxdı


Türkiyədə A.Ö. adlı gəncin atası Kenan Önəri dəhşətli cinayətlərdə ittiham edən açıqlaması ictimaiyyəti dəhşətə salıb. A.Ö. əvvəl 8 il həbs yatan atası Kenan Öneri birdən-birə 3 nəfəri qətlə yetirməkdə suçlayıb.
Onun sözlərinə görə, atası anasını, nənə və babasının üstünə asit tökərək yandırıb.

A.Ö. bildirib ki, 15 yaşında olarkən anası yoxa çıxıb. Atası isə bunu anasının istirahətə getməsi ilə izah edib. Saha sonra atası ilə eyni evdə yaşayan nənəsi Emine Öner və babası Ahmet Refik Öner yoxa çıxıb:

"Atam onların üzərinə asit tökərək yandırıb. Buna görə də ortada cəsəd olmadığından polis heç bir şey edə bilmir".

1988-ci ildəı Fransada Mehmet Yılmaz adlı şəxsi başından vuraraq öldürən və İnterpol vasitəsilə axtarışa verilən Kenan Öner gizli yollarla İstanbula qayıdaraq orada Canan Aydınla evlenib. Həmin nikahdan A.Ö. dünyaya gəlib.

1998-ci ildə Kenan Öner İstanbulda yaxalanıb və ömürlük həbsə məhkum edilib.

2004-cü ildə şərti olaraq azadlığa buraxılıb və İznikdəki ata evinə gəlib. 2005-ci ildə İstanbula gedib və bundan qısa zaman sonra həyat yoldaşı yoxa çıxıb.

2008-ci ildə Kenan Öner yataq xəstəsi olan atası Ahmet Refik və anası Emine Önerin evine köçüb. Bir ay sonra ata-anası yoxa çıxıb.

Elnarə
AzNews.az