Türkmənçayda etiraz aksiyası keçirildi

İranın Şərqi Azərbaycan vilayətinin Türkmənçay qəsəbəsində etiraz aksiyası keçirilib.

APA-nın "Oyannews"a istinadən məlumatına görə, piket Türkmənçay qəsəbəsinin icra nümayəndəliyinin binası qarşısında olub. Aksiyada 500-dən çox qəsəbə sakini iştirak edib. Onlar qəsəbəyə rayon və şəhər statusunun verilməsini istəyirlər.

Piket iştirakçıları arasında İran nizam-intizam qüvvələrinin xeyli sayda mülki geyimli əməkdaşı nəzərə çarpıb.

AzNews.az