- Köhnə - Region
- 5 Avqust 2013 15:01
- 2 368
Türk ordusunun sabiq komandanına ÖMÜRLÜK HƏBS - Yenilənib
***
16:08
Bu gün Türkiyədə "Ərgənəkon" adı ilə başladılan cinayət işinin son məhkəmə prosesi keçirilib. AzNews.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, məhkəmədə şok qərarlar açıqlanıb. 275 şəxsin ittiham olunduğu iş üzrə qərarlar açıqlanıb.
Məhkəmə haqlarında həbs cəzası istənilən 21 nəfər haqqında bəraət qərarı verib. Digər qərarlar isə aşağıdakı kimidir:
Ordu generalları Hurşit Tolon, Şənər Əruyğur, Həsən Iğsız, Nüsrət Taşdələr, general Vəli Küçük, polkovnik Dursun Çiçək, vəkil Kamal Kerinçsiz və jurnalist Tuncay Özkan ömürlük, məşhur jurnalist, CHP millət vəkili Mustafa Balbay 34 il 8 ay, CHP millət vəkili, Ankara Ticarət Palatasının sabiq sədri Sinan Aygün 13 il 6 ay, CHP millət vəkili, dünya şöhrətli alim Mehmet Haberal 12 il 6 ay, ictimai-siyasi xadim və yazar Yalçın Küçük 22 il 6 ay, Türkiyə Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibi, ordu generalı Tuncər Kılınç 13 il 2 ay, PKK lideri Abdulla Öcalanı yaxalayıb Türkiyəyə gətirən xüsusi təyinatlı qrupun başçısı olmuş polkovnik Həsən Atilla Uğur 29 il 3 ay, Baş Qərargahın kəşfiyyat idarəsinin keçmiş rəhbəri, general İsmayıl Hakkı Pekin 7,5 il, general Ələddin Sevim 10 il, admiral Mehmet Otuzbiroğlu 20 il 6 ay, general Hıfzı Çubuklu 9 il 6 ay, Milli Birlik Partiyasının lideri Semih Tufan Gülaltay 12 il, İşçi Partiyasının lideri Doğu Perinçəkin oğlu, məşhur tarixçi Mehmet Perinçək 6 il, İşçi Partiyasının sədr müavini Fərid İlsevər 15 il, məşhur mafiya lideri Sedat Pekər 10 il, polkovnik Arif Doğan 47 il 3 ay, professor Erol Manisalı 9 il, baş nazir Ərdoğan və ailə üzvləri haqda kitabların müəllifi Ergün Poyraz 29 il 4 ay, jurnalist Gülər Kömürçü 7 il 6 ay, Ali Təhsil Şurasının (YÖK) sabiq sədri Kamal Gürüz 12 il 11 ay, mayor Fikrət Əmək 41 il 4 ay, Ülkü Ocaqlarının keçmiş lideri Ləvənt Təmiz 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
Tuncay Özkan (Jurnalist-Kanaltürk TV-nin keçmiş sahibi) - Ömürlük Vəli Küçük Paşa (Azərbaycan əsilli genaral) - Ömürlük Doğu Perinçək (Fəhlə Partiyasının sədri) - 117 yıl Prof. Yalçın Küçük - 86 il Mustafa Balbay (Jurnalist-Deputat) - 24 il Prof. Erol Manisalı - 9 il Kamal Gürüz - 13 il 11 ay "Ulusal" Kanalın baş redaktoru Adnan Türkkan - 10 il 6 ay
AzNews.az