“Kurtlar Vadisi“ serialının yayımı dayandırılacaq?

"Kurtlar Vadisi" serialının Türkiyənin "ATV" kanalında yayımının dayandırıldığı, yayımın başqa kanalda davam etdiriləcəyi barədə məlumat yayılıb.

Gün.Az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə acunn.com. saytında məlumat verilib.

Məlumata əsasən, artıq 10 ildir ki, Türkiyə kanallarının birindən digərinə "kəpənək kimi" qonan serial bu dəfə yayımını "Show Tv"-də davam etdirəcək.

Qeyd edək ki, sözügedən serial Türkiyənin ən uzunömürlü serialları sırasında birinci yerdədir.

Pana Filmin prodüserliyi ilə çəkilən film 3 mövsüm "Show Tv"-də, 1 mövsüm "Star Tv"-də yayımlanıb. Daha sonra yayım "ATV"-də, sonra "TNT"-də, sonra isə təkrar "ATV"-də davam etdirilib.

AzNews.az