5 erməni bir uşağı 7 min dollara satıb


Ermənistanda 4 yaşlı uşağı satmaq istəyən 5 nəfər həbs olunub. Erməni mətbuatının məlumatına görə, E.Anna, B.Qaxeçik , A.Serine, S.Nareka , və Q.Ayşalus adlı şəxslər xarici ölkə vətəndaşı olan Q.Alla ilə 4 yaşlı Rimmanı satmaqla bağlı razılığa gəliblər.

Avqustun 5-də Qaxeçik uşağın gələcək anasından 7 min dollar alıb. Qalan məbləği isə qadın mərhələlərlə ödəməli imiş.

Aparılan əməliyyat zamanı həm uşağı satanlar, həm də alan qadın saxlanılıb.


Elnarə
AzNews.az