Həsən Ruhanidən yeni təyinat

İran Prezidenti Həsən Ruhani Mürtəza Bankı icraedici məsələlər üzrə yeni vitse-prezident təyin edib. Bu barədə Trend çərşənbə axşamı "Fars News" agentliyinə istinadən məlumat verir.

Məlumata görə, Bank İran Məşvərət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədr müavinidir.

O, 1997-2005-ci illər ərzində xarici işlır nazirinin müavini olub. Buna qədər isə 3 il ərzində Kirman vilayətinin qubernatoru vəzifəsində çalışıb.
Bank, həmçinin bu il Ruhaninin seçki kampaniyasının sədr müavini vəzifəsində çalışıb.

İcraçı vitse-prezident tikinti işlərinin icrası və prezidentin səlahiyyətlərinin həyata keçirilməsinə yardıma görə cavabdehdir.

AzNews.az